Brolyer toyuqlarında yaranan TƏHLÜKƏ- DİQQƏTLİ OLUN!

Brolyer toyuqlarında yaranan TƏHLÜKƏ-
TOYUQ
Cəmiyyət 19-02-2025 - 14:55
 100

Broyler toyuqlar ucuz olduğuna görə həvəslə alınsa da insanlarda onların zərərli olub-olmaması barədə şübhələr hər zaman qalır. Türkiyəli həkim Canan Karatayın açıqlamasına görə, bir toyuq budunun şişirdilməsi üçün vurulan hormon insanın bir ildə almalı olduğu hormona bərabərdir.

Bunu bir dəfəyə qəbul ediriksə təbii ki, piylənmə, artıq çəki və müxtəlif xəstəliklərə qapı açmış oluruq. Canan Karatay broyler toyuqların uşaqlara verilməsinin əleyhinədir. Onun fikrincə, antibiotiklə kökəldilən bu toyuqlar uşaqların əsasən sümük-əzələ sisteminin inkişafına pis təsir edir, böyrək xərçənginin yaranmasına səbəb olur.
Broylerdə istifadə olunan yemin tərkibi geni dəyişdirilmiş orqanizmlərdən ibarətdir. Broyler toyuqları 45 gün ərzində yetişdirilir və artıq 46 gün kəsilməyən toyuqlar öz-özlüyündə ölür.
Bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxlu sayda dərman vurulur. Hətta bu dərman sayının 59 olduğu bildirilir. Dərmanların çoxu antibiotik təsirlidir, bu isə toyuqların müqavimətinin güclənməsini və tez zamanda çəkisinin artmasını təmin edir. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ‘’Ajans.az’’a açıqlamasında deyib ki, günümüzdə ətin qiyməti baha olduğu üçün insanlar arasında toyuq ətinə daha çox üstünlük verilir:

‘’Xüsusi ilə toyuq ətləri içərisində brolyer toyuqlarına təlabat daha genişdir. Nəzərə almaq lazımdır ki, brolyer toyuqları daha sürətli yetişmə prossesi ilə satışa çıxarılır. Ona görə də bu qida növündən istifadə edərkən onun təzə və keyfiyyətli olmağından əmin olmalıyıq. Bu səbəbdən daha güvənli və keyfiyyətli markanın məhsullarından almaq lazımdır. Əgər hansısa orqanaleptik göstəricilərdə, qoxusunda, rəngində fərqli dəyişikliklər, xoşagəlməz qoxu varsa, həmin toyuğu almamağınız tövsiyə olunur. Eyni zamanda toyuq zülal tərkibli olduğuna görə, yüksək risk qrupuna aiddir. Bu səbəbdən brolyeri aldıqdan sonra saxlanılma qaydalarına diqqət edək. Beləki dondurulmuş toyuğun donu 1 dəfə açıldıqdan sonra istifadə etmək lazımdır. Yemək hazırlanarkən yaxşı bişirildikdən sonra qəbul etmək daha məsləhətlidir. Xüsusi ilə toyuğu bir dəfə qaynatdıqdan sonra yeni suda bişirilməsi məsləhətlidir. Bu üsulla toyuğun tərkibində istifadə olunan kimyəvi dərmanlar 10 dəfəyədək azalacaq. Eyni zamanda toyuğu yenidən qızdırılaraq yemək olmaz. Ümumiyyətlə, 20-25 yaşa qədər olan insanlar həftədə 2-3 dəfə, 150-200 qramı keçməmək şərti ilə qəbul etsinlər. Bununla yanaşı, toyuğun daha tez müddətdə böyüməsi üçün müəyyən antibiotiklər və dərmanlar vurulur. Bu da həmin qidaların sümüyünün yaxşı inkişaf etməməsinə, sklet sistemində əlavə yük almasına səbəb olur. Qeyd edim ki, brolyer toyuqlarının yağ miqdarı orqanik olanlardan daha çoxdur. Bu da ürək-damar xəstəliklərinə və digər problemlərə səbəb olur".


Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: