Britaniya iflas EDİR

Britaniya iflas
Britaniya
İqtisadiyyat 07-02-2025 - 09:59

Britaniyalı siyasətçi Devid Frost Böyük Britaniyanın iflas ərəfəsində olduğunu bildirib.

Ajans.az xəbər verir ki, o, bu barədə “The Telegraph” qəzetinə yazdığı məqalədə məlumat verib.

Frost, ölkənin iflas astanasında olduğu üçün Britaniyanın fəlakətlə üzləşdiyini vurğulayıb. Onun sözlərinə görə, büdcənin doldurulmasının bütün mümkün yolları vəziyyəti daha da gərginləşdirir.

“Heç bir çıxış yolu yoxdur. Vergilərin artırılması gəlirləri artırmayacaq, əmək iqtisadi artımı stimullaşdıra və ya xərcləri azalda bilməz”, - deyə, siyasətçi qeyd edib.

Yanvarın 22-də Böyük Britaniyada külək turbinləri demək olar ki, elektrik enerjisi istehsalını dayandırıb. Nəticədə Böyük Britaniya daha bahalı qaza keçməli olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: