475 il müddətinə HƏBS EDİLDİ - Səbəb hər kəsi ŞOKA SALDI

475 il müddətinə HƏBS EDİLDİ -
Həbs
Dünya 04-02-2025 - 16:59
 112

2022-ci ilin noyabrında ABŞ-nin Corciya ştatında mülkündən müsadirə edilən 107 it də daxil olmaqla, çoxsaylı heyvanlarla pis rəftar etdiyi və it döyüşlərində iştirak etdiyi üçün mühakimə olunan 57 yaşlı Vincent Lemark Burrell haqqında hökm elan edilib.

Ajans.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. 

Burrell 475 il həbs cəzasına məhkum edilib. Bu cəzanın it döyüşü ilə bağlı cinayətlərə görə verilən "ən uzun" həbs cəzası olduğu və Burrellin ona qarşı irəli sürülən ittihamları rədd etdiyi bildirilib. Burrellin mülkündən götürülən itlər hazırda heyvanların xilasetmə mərkəzindədir.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: