Bəzi hakimlər işdən çıxarılacaq - Yeni təyinat olacaq

Bəzi hakimlər işdən çıxarılacaq -
hakim
Cəmiyyət 07-04-2025 - 10:16

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.

Ajans.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

İclasda M.Ə.Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi də iclasın gündəliyində yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: