"Beş dil bilirəm" - Dil biliyi gündəm olan 12 yaşlı Nübar

İngilis dili təmayüllü məktəbdə təhsil alan 12 yaşlı Nübar Tağıyeva dil bilikləri ilə həmyaşıdlarından fərqlənir.
Ajans.az bildirir ki, Culfa rayonunun Camaldın kəndindən olan altıncı sinif şagirdi qızcığaz artıq gələcək planlarını da qurub.
“Demək olar ki, 5 dil bilirəm. Alman dilini öyrənirəm. Azərbaycan, ingilis, rus və türk dillərini isə bilirəm. Dil öyrənmək həvəsini valideynlərim məndə yaratdı. Bir xarici dili biləndən sonra o biriləri də öyrənmək asan olur. Gələcək üçün iki planım var. Dizayner, ya da diplomat olmaq istəyirəm. Xarici dil biliklərimə görə diplomat olsam, ölkəmizi başqa yerlərdə təmsil edə bilərəm”, − Nübar Tağıyeva deyib.
Ətraflı BAKU TV-nin sujetində:
Mövzular:
Oxşar xəbərlər
Xalq artisti "Azdrama"dakı qalmaqaldan danışdı - "Haram olsun o kəslərə ki..."
Cəmiyyət17:49 / 09-04-25
"Təcridxanada azadlıqda olduğum kimi oldum" - Həbsdən çıxan Ədalət Verdiyev
Cəmiyyət16:00 / 09-04-25