"Barselona" Azərbaycanda akademiya aça bilər

Bu gün "Barselona" klubunun prezidenti Joan Laporta Azərbaycana səfər edəcək.
Ajans.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb. Səfərdə məqsəd Azərbaycanda "Barselona" klubu tərəfindən Futbol Akademiyasının yaradılmasını müzakirə etməkdir.
Mənbə bildirir ki, “Barselona” yerli investorları layihəyə cəlb etmək, onlarla biznesi davam etdirmək, bununla da klubun ağır maliyyə vəziyyətini yaxşılaşdırmaq niyyətindədir. Laporta artıq 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində Azərbaycana səfər edib.
Qeyd edək ki, 2023-cü ildə "Barselona" Qırğızıstanda klub futbol akademiyasını açıb.