Bankda fişənglərin yandırılmasından sonra terrora cəhdlə bağlı cinayət İŞİ AÇILDI

Bankda fişənglərin yandırılmasından sonra terrora cəhdlə bağlı
Polis
Kriminal 28-12-2024 - 14:19

Leninqrad vilayətində bankda fişənglərin yandırılmasından sonra terrora cəhd maddəsi ilə cinayət işi açılıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

Rusiyalı tələbəni aldadaraq onu inzibati binanı yandırmağa razı salan naməlum şəxslərə qarşı iş araşdırılır. O, xuliqanlıq maddəsi ilə açılan cinayət işində müttəhim olub.

Bildirilir ki, dekabrın 16-da Qatçinada polisə bank filialının əməkdaşı müraciət edib və o, ziyarətçilərdən birinin binada atəşfəşanlıq etdiyini bildirib. Hadisə yerinə gələn polis 20 yaşlı qızı saxlayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: