Bakıda psixoloq insanları bu cür "DƏLİ EDİR"- ŞOK FAKTLAR

Bakıda özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxs “şəfalanma” adlı seans keçirib. Seans zamanı qonaqlar xəstələr üçün nəzərdə tutulmuş paltar geyiniblər. Onlardan bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.
Özünü psixoloq kimi tanıdan xanımın seansından olan görüntülər sosial şəbəkələrdə mübahisəyə səbəb olub. Maraqlıdır, bu tərz seanslar nə dərəcədə doğrudur?
Məsələyə münasibət bildirən psixoloq Fərqanə Mehmanqızı “Ajans.az”a bildirib ki, belə bir videonun yayılması psixoloqlara qarşı olan münasibəti dəyişdirir:
’Psixohəssas insanlar üçün seanslar daha emosional keçir. Bu normal haldır. "Özünü sev", "Xəstəliyini sev", "Mən və cəmiyyət" kimi qrup terapiyalarında emosional davranışlar labüddür. Ancaq belə vəziyyətdə insanların psixologiyası ilə oynamaq, onları həssas şəkildə idarə etmək üstəlik, ətrafı çəkərək sosial şəbəkədə yerləşdirmək yalnışdır. Fikrimcə, görüntülər də real deyil. Çünki burada diqqət ediləcək nüanslar var. Bu tip seanslar müalicə effekti vermir. Sadəcə insanların hissi ilə oynanılır. Videodan göründüyü kimi insanların gözü bağlıdır və hamısı travmalarla doludular. Həmçinin, bu terapiyada ənənəvi seanslardan fərqli stiuasiyalar mövcuddur. Məsələn, psixoloqun səsi, duruşu və s. Yəni, seans zamanı bu davranışlar doğru deyil. Ona görə də pasientlər bu qədər aqressiv davrana bilirlər. Həmin psixoloq insanları müalicə etmək əvəzinə, daha da yaralıyır".
Seansdan göüntüləri yayılan psixoloqla əlaqə yaratmağa çalışsaq da səssizliyini qorudu. Suallarımıza cavab olaraq söylədi ki, haqqımda doğruluq əsası olmadan videomu paylaşıb hüquqlarımı tapdalayan hər kəs bir mənalı şəkildə qanun qarşısında cavab verəcək:
‘’Hal-hazırda bir neçə saatdır ki, vəkilim tərəfindən hüquqlarımın pozulması və seansda iştirak edən insanların hər birinin təhqir edilməsi ilə bağlı dövlət qrumları və təşkilatlarına müraciət etdim. Sosial şəbəkələrdə müəllif hüquqlarının pozulması ilə əlaqədar tədbir işləri görülür. Hər biriniz tapılacaqsız və qanun qarşısında cavab verəcəksiniz".