Bakıda dəhşətli yanğın - 3 nəfər faciəvi şəkildə öldü

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Ajans.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mövzular:
Oxşar xəbərlər
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin QARŞISI ALINDI
Hadisə11:03 / 30-12-24