Bakı-Tbilisi-Bakı qatar reysi açılır? - Tarix bəlli oldu

Bakı-Tbilisi-Bakı qatar reysi açılır? -
Bakı-Tbilisi-Bakı qatar reysi
İqtisadiyyat 13-02-2025 - 13:18
 983

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dubayda jurnalistlərlə söhbəti zamanı məlumat verib. Baş nazir bildirib ki, Gürcüstan bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır. O, bu əməkdaşlığın həm Gürcüstan, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bakı-Tbilisi-Bakı sərnişin qatarı iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır və hər iki tərəf bu marşrutun bərpasını prioritet məsələ kimi qiymətləndirir. Onu da xatırladaq ki, yerli media subyektlərindən bəziləri apreldə Gürcüstanla quru yolunun açılacağı ilə bağlı hökümətdəki məlumatlı mənəblərdən informasiya əldə etdiyini bildirmişdi.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Ajans.az-a açıqlamasında bildirib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının istifadəyə verilməsi Gürcüstanın Baş nazirinin açıqlamasından sonra daha çox müzakirə olunmağa başlanıb:

"Bu məsələ iki ölkə arasında strateji əhəmiyyətə malikdir və yaxın gələcəkdə həllini tapması mümkündür. Gürcüstanın Baş nazirinin açıqlaması onu göstərir ki, bu məsələ yüksək səviyyədə müzakirə edilib və müəyyən razılaşmalar əldə olunub. Daha əvvəl yerli mediada aprel ayında bu sərnişin qatarının istifadəyə veriləcəyi ilə bağlı xəbərlər yayımlanmışdı. Bu, real bir variant kimi görünür. Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan məhdudiyyətlər aprelin 1-nə qədər davam edəcək. Həmin tarixdən sonra Gürcüstanla quru sərhədlərin açılması mümkündür və ən azından bu qatar vasitəsilə vətəndaşların gediş-gəlişi təmin edilə bilər".

Politoloq vurğulayıb ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətə başlaması hər iki ölkə üçün çox mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Gürcüstan bizim yaxın qonşumuz və strateji tərəfdaşımızdır. Orada 500 minə yaxın soydaşımız yaşayır və Azərbaycanla sıx əlaqələri var. Bununla yanaşı, bu marşrutun bərpası turizm, ticarət və iqtisadi əlaqələrin inkişafı baxımından mühüm rol oynayır:

"Hazırda müzakirələr davam edir və aprel ayından sonra Bakı-Tbilisi-Bakı sərnişin qatarı vasitəsilə vətəndaşların daşınmasının həyata keçirilməsi mümkündür. Məsələ bu qədər ciddi şəkildə müzakirə olunursa, çox güman ki, aprel ayından sonra bu sərnişin qatarı yenidən fəaliyyətə başlayacaq. Bu, təkcə Azərbaycan və Gürcüstan vətəndaşları üçün deyil, eyni zamanda iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafı üçün də yeni imkanlar yaradacaq".

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: