''Sevgililər günü'' haram sayılır?- ŞOK faktlar

''Sevgililər günü'' haram sayılır?-
Cəmiyyət 13-02-2025 - 14:08
 146

Bütün dünyada olduğu kimi, Azərbaycanda da 14 fevral Sevgililər Günü kimi qeyd edilir. Bəziləri bu günü xüsusi olaraq qeyd etsələr də, bəziləri isə bu tarixi bayram kimi qəbul etmir. Daha çox orta və yaşlı nəslin nümayəndələri bu günün xristianlıqdan keçdiyini və dinimizdə məqbul sayılmadığını deyirlər. Maraqlıdır, dində bu məsələ necə şərh olunur?

Mövzu ilə bağlı danışan Təzə Pir məscidinin axundu Mircəfər Əyubov Ajans.az-a söyləyib ki, "Sevgililər günü" sevgini aşılayan bir bayramdır:
‘’Ancaq sosial psixologiya deyilən bir nüans var. Əlamətdar günlər, cəmiyyətə təsir göstərən mədəniyyətlər və onların kökləri insan psixologiyasına təsir edir. Fakt budur ki, "14 fevral" hansısa ölkənin müharibədə olduğuna görə, öz vətənini qorumaq üçün dövlət qanunu pozan keşişi ilə əlaqədardır. Yaxud kəbinsiz, qeyri-qanuni evliliyi leqallaşdıran şəxsin etdiyi əməllə bağlıdır. Yəni," 14 fevral"-ın hansısa normal, qanuni gün olması barədə nəzəriyyə yoxdur. "Sevgililər günü"-nü qeyd etməkdə heç bir qəbahət yoxdur. Sadəcə olaraq bunu hansı tarixdə keçirməliyik? Əsas məsələ budur. Maraqlıdır, bizim niyə heç bir milli-kimliyimiz, dəyərlərimiz möhtərəm deyil? Azərbaycan özünün yox, məhz, başqa xalqların mədəniyyətindən nələrisə götürməlidir? Bizim "Əsli -Kərəm", "Fərhad-Şirin" və ya başqa dillərə dastan sevgili obrazlarımız yoxdur? Məsələn, "Bilik Günü" xaricdən gəlsə belə, normal bir gündür. Adam bəzi özəl günlərin tarixini oxumağa qorxur ki, mübahisə yaranacaq. Əgər "Sevgililər Günü" halal şəkildə qeyd olunursa, problem yoxdur. Amma milli-kimliyimizi get-gedə itirməyimiz adamı yandırır. Günümüzdəki toylarda demək olar, vağzalı səslənmir. Hansısa xristian kilsə musiqisi səslənir. Dillənəndə də deyirlər ki, geridə qalmısan".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: