Azərbaycanda bu qəzetin çapı DAYANDIRILDI

"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.
Ajans.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.
Qeyd edək ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular:
Oxşar xəbərlər
Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib - FOTOLAR
Cəmiyyət17:32 / 12-04-25