Azərbaycanda “103” çağrı xidməti ilə bağlı yenilik: Mərkəzləşir…

Azərbaycanda “103” çağrı xidməti ilə bağlı yenilik:
Cəmiyyət 17-10-2024 - 11:18
 2572

Azərbaycanda Təcili Tibbi Yardım Xidməti, yəni "103" çağrı xidməti vahid bir mərkəzdə birləşir.

Ajans.az-ın məlumatına görə, bu barədə TƏBİB-in sədri Vüqar Qurbanov "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin Təkmilləşdirilməsi və optimallaşdırılması"na dair brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi yeni sistemin tezliklə tətbiq olunacağını və vətəndaşların tibbi yardıma daha sürətli və effektiv şəkildə çatmasını təmin edəcək.

Məlumata görə, artıq vahid mərkəz  yaradılıb. Bu mərkəz təcili tibbi xidmətlərin daha səmərəli idarə olunması və operativ reaksiyanın təmin edilməsi məqsədilə qurulub. Yeni sistem vasitəsilə 103 xidmətləri birləşdirilərək daha mərkəzləşdirilmiş və koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: