Aydın Talıbovun "OBA" marketində iyrənclik - Kiflənmiş şirniyyatlar /VİDEO
"OBA" Marketdən alınan konfetlər kiflənmiş çıxıb.
Ajans.az 32gun.az-a istinadən xəbər verir ki, bu barədə Müstəqil Həmkarlar İttifaqı” İctimai Birliyinin sədr müavini, əmək eksperti Əhməd Rəhmanov məlumat verib.
O evinə konfet aldığını, açarkən isə iyrənc mənzərə ilə qarşılaşdığı barədə sosial şəbəkədə paylaşım edib.
Həmin görüntünü təqdim edirik:
Qeyd edək ki, “OBA Market” “Araz” və SPAR marketləri ilə birlikdə “Veysəloğlu” MMC-yə bağlıdır. "Veysəloğlu" distribütor şrkətinin qurucuları Aydın Veysəloğlu, İlqar Talıbov və Bəxtiyar Allahverdidir.
Məlumat üçün bildirək ki, 2016-cı ildə dövlət qeydiyyatına alınan “OBA Market” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İbrahimova Natəvan Yusif qızıdır.
"Veysəloğlu" Şirkətlər Qrupunun prezidenti Aydın Veysəl oğlu Talıbovdur.