Arvadının cəsədi ilə bir həftə bir yerdə yaşadı - ŞOK

Arvadının cəsədi ilə bir həftə bir yerdə yaşadı -
Polis
Kriminal 07-11-2024 - 16:21

Moskvada əlil kişi təxminən bir həftə arvadının cəsədi ilə yaşayıb.

Ajans.az xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.

Nəşrin yazdığına görə, vəziyyət Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının vətəndaşın çağırışına cavab verdikdə üzə çıxıb. Belə ki, kişi yıxıldığını və ayağa qalxa bilmədiyini bildirib. Xilasedicilər qapını sındırdıqda mənzil sahibi ilə yanaşı, qadın meyiti də görüblər. Onlar onun təxminən altı gün əvvəl öldüyünü müəyyən edib.

Xilasediciləri çağıran şəxsin daha sonra dediyi kimi, onun həyat yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: