Antalyada yanan təyyarənin sərnişinlərinə bu qədər təzminat ödəniləcək
Azimut Hava Yolları Türkiyənin Antalya şəhərində yanan Sukhoi Superjet 100 təyyarəsinin sərnişinlərinə ilkin olaraq 1675 manat ödəyəcək.
Ajans.az xəbər verir ki, kompensasiyanın məbləği daşıyıcının rəsmi saytında açıqlanıb.
Ödənişlərin qəbulu qaydası barədə sərnişinlərə fərdi qaydada məlumat veriləcəyi dəqiqləşdirilir. Müştərilərə həmçinin e-poçt vasitəsilə müştəri dəstəyi ilə əlaqə saxlamaları tövsiyə olunub.
Bundan əvvəl məlum olmuşdu ki, yanan laynerin sərnişinləri daşıyıcıya qarşı qrup iddiası hazırlayır. Səyahətçilərdən biri şikayət edib ki, aviaşirkətin xidmətindən istifadə edən müştərilər dəm qazı ilə nəfəs alıb və “lazımi dəstək” istəyiblər.