Ana oğluyla birləşib digər oğlunu ÖLDÜRDÜ - QANDONDURAN HADİSƏ
ABŞ-də dəhşətli hadisə baş verib.
Ajans.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat verib. 15 yaşlı Timoti Ferguson qardaşı tərəfindən öldürülüb. Mərhum yeniyetmə uzun müddət qardaşı Paulun əlindən əziyyət çəkib. Polisin məlumatına görə, oğlan autizmli və səhhətində ciddi problemlər olan yeniyetməyə sistemli şəkildə işgəncə verib.
Paul Timotiyə dünyanın ən isti souslarından biri - Karolina Reaper ilə çörək yeməyə məcbur edib, həmçinin qardaşını saatlarla buzlu suda saxlayıb. İşgəncə görən gənc 2022-ci ildə dünyasını dəyişib. Ölümü zamanı onun çəkisi cəmi 31 kq olub.
Paul bütün bunları, özünün də etiraf etdiyi kimi, onların anası, 44 yaşlı Şanda Vander Arkın göstərişi ilə edib. O, onun göstərişlərinə əməl etdiyini və Timotini icazəsiz yemək yediyinə görə cəzalandırdığını iddia etdi.
Ana və oğul artıq ömürlərinin qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcək. Paul 30 ildən 100 ilə qədər, Şanda isə ömürlük həbs cəzası alıb. Hakim Paulu “psixopat” adlandırıb və onun anasından heç də az təhlükəli olmadığını vurğulayıb.