Ağ Evdəki qalmaqaldan sonra Putin-Tramp görüşünə hazırlıq SÜRƏTLƏNDİ

Ağ Evdəki qalmaqaldan sonra Putin-Tramp görüşünə hazırlıq
Putin, Tramp
Dünya 03-03-2025 - 10:37

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq sürətlə davam edir.

Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, Donald Trampla Vladimir Zelenski arasında Ağ Evdə mübahisə ABŞ prezident administrasiyası tərəfindən Kiyev rejiminin rəhbərini gözdən salmaq və onu gələcək danışıqlardan kənarlaşdırmaq üçün planlaşdırıla bilərdi.

Xatırladaq ki, cümə günü, fevralın 28-də Oval kabinetdə baş verən dava zamanı Vladimir Putinin adı 20 dəfə çəkilib. Eyni zamanda, Tramp Rusiya prezidenti haqqında yalnız müsbət açıqlamalar verib.

Bundan əlavə, Amerika lideri rusiyalı həmkarı ilə yenidən danışdığını bildirib. Ancaq Rusiya Federasiyasının rəsmi nümayəndələri bu məsələ ilə bağlı belə bir məlumat verməyiblər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: