ABŞ-nin İtaliyadakı hava bazası birdən bağlandı: Səbəbi budur

ABŞ-nin İtaliyadakı hava bazası birdən bağlandı:
ABŞ
Dünya 26-02-2025 - 14:12

ABŞ-nin İtaliyadakı hava bazası nəzarət-buraxılış məntəqəsində baş verən insident səbəbindən bağlanıb.

Ajans.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Qeyd olunur ki, qeyri-müəyyən insident çərşənbə günü, fevralın 26-da səhər saatlarında İtaliyanın Siciliya adasında yerləşən ABŞ Hərbi Dəniz Hava Stansiyasının NAS Sigonella keçid məntəqəsində baş verib.

"Mövcud vəziyyətə görə, NAS Sigonella (NAS 2) nəzarət-buraxılış məntəqəsi blokada/yerində sığınacaq statusundadır", - bazanın mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, insidentlə əlaqədar ABŞ və İtaliyanın birgə silahlı qüvvələrinin yurisdiksiyasında olan bazanın nəzarət-buraxılış məntəqələrində daxil olan və gedən nəqliyyat vasitələrinə xüsusi nəzarət həyata keçirilir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: