ABŞ kəşfiyyatından kritik hesabat: İsrailin İran planları ortaya çıxdı

ABŞ kəşfiyyatından kritik hesabat:
Nüvə obyektləri
Siyasət 13-02-2025 - 10:51

ABŞ kəşfiyyatı diqqətəlayiq hesabat hazırlayıb. Məlum olub ki, sionist İsrail İranın nüvə obyektlərinə hücum planlaşdırır.

Ajans.az xəbər verir ki, bu barədə “Wall Street Journal (WSJ)” məlumat yayıb.

Xəbərdə həmçinin qeyd olunub ki, yeni Respublika administrasiyası bu məsələdə Təl-Əvivi dəstəkləyəcək.

Wall Street Journal (WSJ) qəzetinin kəşfiyyat məlumatı olan şəxslərə əsaslanan hesabatına görə, ABŞ kəşfiyyatı İsrailin İrana hücuma hazırlaşdığına dair məlumatları ehtiva edən hesabat hazırlayıb. Hesabatda ABŞ-nin keçmiş prezidenti Co Baydenin prezidentlik müddətinin sonuna doğru İsrailin İrana hücumu riskinin artdığı bildirilib.

İranın hərbi infrastrukturunun son vaxtlar “zəiflədiyi” bildirilən hesabatda Yaxın Şərqdə hərbi fəaliyyətlərin arta biləcəyi xəbərdarlığı edilib.

ABŞ kəşfiyyatının hazırladığı ikinci hesabatda İsrailin ABŞ prezidenti Donald Trampın səlahiyyət müddətinin ilk günlərində İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığı qeyd edilib. Hesabatda İsrailin İranı zəiflətmək üçün nüvə obyektlərinə “əhəmiyyətli hücumlar” təşkil etməyi planlaşdırdığı bildirilir.

Kəşfiyyat hesabatı ilə tanış olan insanlar Trampın hücumları Baydendən daha çox dəstəklədiyini, buna görə də İsrailin Tramp administrasiyasına dəstək üçün təzyiq edə biləcəyini söyləyib. Hücumlarda İsrailin ABŞ-nin hərbi dəstəyi və sursatına ehtiyac duyacağı da bildirilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: