ABŞ-dan Şimali Koreya ilə bağlı xəbərdarlıq...

Dünya
25-03-2025 - 23:41
Şimali Koreya qısa müddət ərzində yenidən nüvə sınağı keçirə bilər.
Ajans.az xəbər verir ki, bu fikirləri ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib.
“Şimali Koreya çox güman ki, qısa müddətdə növbəti nüvə sınağı keçirməyə hazırdır və gələcək danışıqlarda artan təsir imkanlarını nümayiş etdirmək üçün qitələrarası ballistik raketləri sınaqdan keçirməyə davam edəcək”, - deyə Qabbard bildirib.