AB müşahidəçiləri yenə sərhədimizdə - Video

AB müşahidəçiləri yenə sərhədimizdə -
AB müşahidəçiləri
Gündəm 11-03-2025 - 10:49

Avropa Birliyinin (AB) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Ajans.az APA-ya istinadən xəbər verir ki, AB müşahidəçilər martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Xatırladaq ki, AB-nin Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

Qeyd edək ki, AB-nin Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

PAYLAŞ: