8 marşrut xəttinin fəaliyyəti bərpa edildi

8 marşrut xəttinin fəaliyyəti
marşrut
Cəmiyyət 18-03-2025 - 17:34

Abşeronda 16/19, 17, 18, 27, 505, 521, 522 və 523 nömrəli marşrut xətlərinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib.

Bu barədə Ajans.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, hərəkət sxemi Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüdə aparılan təmir-tikinti işlərinin başa çatması ilə əlaqədar dəyişdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: