71 yaşlı nənə öz nəvəsini güllələyərək ÖLDÜRDÜ - FOTO

71 yaşlı nənə öz nəvəsini güllələyərək
Polis
Kriminal 18-12-2024 - 10:38

Debra Greene-Devis bazar günü Arizona ştatının Buckeye şəhərindəki evində nəvəsi, 31 yaşlı Larkeya Elliottun ölümcül güllələnməsi ilə əlaqədar ikinci dərəcəli qətldə şübhəli bilinərək həbs edilib.

Ajans.az xəbər verir ki, bu barədə “The Arizona” məlumat verib.

Səlahiyyətlilərin dediyinə görə, 71 yaşlı Greene-Davis bazar günü günortadan sonra yataq otağında oturarkən, qızı və nəvəsinin qonaq otağında döyüşməyə başladığını eşidib. O, 911-ə (ABŞ-də fövqəladə hallar zamanı istifadə oluna biləcək vahid telefon nömrəsi – red) zəng edib və telefonla danışan zaman Elliot otağına girib, onun başına və çiyninə yumruq vuraraq telefonu ondan almaq istəyib.

Greene-Devisin qızı Elliottu saçından tutaraq nənəsinin əlindən çəkib və ikisi döyüşməyə başlayıb. Məhz o zaman Greene-Devis 9 mm-lik tapançanı çıxarıb atəş açaraq nəvəsinin kürəyindən vurub.

Polislə müsahibə zamanı Greene-Devis “qurbanı tapança ilə bilərəkdən və qəsdən vurduğunu” etiraf edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: