4 uşağın meyiti tapılan evdə nələr baş verib? - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları Tver yaxınlığındakı Mezhurka SNT- də fərdi evdə 4 uşağın meyitini aşkar edib.
Ajans.az xəbər verir ki, ilkin məlumatlara görə, azyaşlıların qatilinin onların atası olduğu üzə çıxıb.
Əvvəlcə ata arvadını otağa bağlayıb, sonra isə dörd uşağa hücum edib və öldürüb. Daha sonra intihara cəhd edib. Hazırda reanimasiyadadır. Bu işin araşdırılmasına rayon prokurorluğu nəzarət edir. Araşdırmanın nəticələri daha sonra açıqlanacaq.
Hadisəyə Daxili İşlər Nazirliyinin regional idarəsi də münasibət bildirib. İdarədən verilən məlumata görə, ailə hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinə gəlməyib. Qonşular onlardan şikayət etməyib.