1 həftə ərzində 55 zəlzələ baş verdi - Bu ölkədə

1 həftə ərzində 55 zəlzələ baş verdi -
Dünya 04-01-2025 - 00:37

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakətin episentri təxminən 30,7 min nəfər əhalisi olan Asbe-Tefari şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, son bir həftə ərzində Efiopiyada 55 zəlzələ qeydə alınıb.

PAYLAŞ: