Zelenski Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək

Zelenski Səudiyyə Ərəbistanına
Zelenski
Dünya 17-02-2025 - 16:27

Kiyev rejiminin başçısı Vladimir Zelenski fevralın 19-da Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.

Ajans.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforova istinadən France Presse agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılıb və Zelenski səfərə həyat yoldaşı ilə gedəcək.

Zelenski özü qeyd edib ki, səfərin humanitar məqsədləri var. Səfər çərçivəsində Rusiya və ABŞ nümayəndələri ilə heç bir görüş nəzərdə tutulmayıb. Lakin qeyri-legitim prezident bu danışıqlar barədə Səudiyyə Ərəbistanının baş naziri Məhəmməd bin Salmandan soruşacağına söz verib.

Eyni zamanda Kiyev rejiminin başçısı Ukraynadakı vəziyyətlə bağlı Moskva və Vaşinqton arasında qəbul edilən heç bir qərarı qəbul etməyəcəyini açıq şəkildə bəyan edib.

Xatırladaq ki, Dmitri Peskov Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun prezident Vladimir Putinin göstərişi ilə Ər-Riyada getdiyini bildirib. Çərşənbə axşamı, fevralın 18-də onlar ABŞ nümayəndələri ilə görüşəcəklər. O, ilk növbədə iki ölkə arasında münasibətlərin bərpasına həsr olunacaq.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: