Zavod sahibinin oğlu qum təmizləyən maşının altında öldü - DƏHŞƏT

Konyada daşınma əsnasında aşan 3 nəfər qum süzmə maşınının altında qalıb.
Ajans.az xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya aparılan fabrik sahibinin oğlu 29 yaşlı Cihat Geçgel bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.
Hadisə mərkəzi Səlcuqlu rayonunda, Böyük Kayacık Mütəşəkkil Sənaye Sahəsində Günəştəpə küçəsində yerləşən avtomobil ehtiyat hissələri istehsal edən fabrikdə baş verib. Qum aparatı fabrikdə daşınarkən maşın Yılmaz Oğuz (34), Türkmənistan əsilli Ruslan Kuruvasqut (32) və fabrik sahibinin oğlu Cihat Geçgelin üzərinə düşüb.
Maşının altında qalan 3 nəfəri fabrikdəkilər xilas edib. Xəbərdarlıqdan sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Digər iki işçinin səhhətinin yaxşı olduğu bildirilir.