Yeni evli cütlüyün BƏDBƏXT SONU: Küçədə ölü tapıldı

Yeni evli cütlüyün BƏDBƏXT SONU: Küçədə ölü
Gəlin
Dünya 29-11-2024 - 17:41

26 yaşlı Aleksandra Leçika bal ayında Mayamidə dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, Aleksandra və əri David Leçik küçədə huşsuz vəziyyətdə tapılıb.

İlkin olaraq quldurluq və narkotikdən zəhərlənmə şübhəsi ilə başlanan araşdırma zamanı gənc qadının psixoaktiv maddələrdən öldüyü məlum olub. Aleksandranın ölüm səbəbi iki illik araşdırmadan sonra 23 oktyabr 2024-cü ildə açıqlanıb. Onun həyat yoldaşı David hələ də hadisə ilə bağlı ictimaiyyətə açıqlama verməyib.

26 yaşlı Aleksandra Leçika toyundan cəmi 23 gün sonra bal ayı üçün getdiyi Mayamidə dünyasını dəyişib. Polşanın Siedlce şəhərindən olan cütlük Mayami küçələrində huşsuz vəziyyətdə tapılıb. Əri David Leçik sağ qalarkən, üzərindəki pul və zinət əşyalarının itdiyi müəyyən edilib.

Polis əvvəlcə cütlüyün qarət edildiyini və narkotik maddə aldığını düşünsə də, araşdırmalar nəticəsində fərqli həqiqət üzə çıxıb. Polşadakı müstəntiqlər müəyyən ediblər ki, Aleksandranın ölümünə könüllü qəbul edilmiş psixoaktiv maddələr səbəb olub və o, ya şiddətli allergik reaksiya, ya da həddindən artıq dozadan istifadə nəticəsində dünyasını dəyişib.

Siedlce rayon prokuroru Kristina Qolabek deyib: "Amerika tərəfinə daxil olan materiallar, eləcə də kompüter elmləri və toksikologiya sahələrində ekspert rəyləri araşdırılıb". Prokuror ər-arvadın narkotiki könüllü qəbul etdiklərini düşündüklərini, lakin onların qeyri-ixtiyari verildiyini də istisna edə bilməyəcəklərini bildirib.

Gənc gəlin ölümündən bir neçə saat əvvəl xəyal etdiyi tətildən fotolar paylaşıb. O, çimərlikdə gəzərkən və kokteyl içərkən çəkilmiş fotolarından əlavə, yeni həyat yoldaşı ilə də selfilərini paylaşıb. 6 avqust 2022-ci ildə ailə quran cütlüyün xoşbəxtliyi qısa sürdü. Aleksandranın ölüm səbəbi iki illik araşdırmadan sonra 23 oktyabr 2024-cü ildə açıqlandı. Onun həyat yoldaşı David hələ də hadisə ilə bağlı ictimaiyyətə açıqlama verməyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: