Vüqar Qurbanov bu xanımı baş həkim TƏYİN ETDİ - FOTO
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni baş həkim təyin edilib.
Ajans.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Mətanət Əliyeva Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktorunun müavini - baş həkimi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, M.Əliyeva bu təyinatadək Mingəçevir Ailə Sağlamlıq Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.