Vətəndaşların NƏZƏRİNƏ: Kirayə evlər ucuzlaşacaq?

Vətəndaşların NƏZƏRİNƏ:
Cəmiyyət 09-04-2025 - 12:52

Bakıda kirayə mənzil bazarında qiymətlər illərdir ki, yuxarı həddədir. Ucuz ev tapmaq isə həm tələbələr, həm də ailə quran gənclər üçün az qala mümkünsüzə çevrilib.

Hər dəfə yeni söküntü anonsu verildikdə əhali arasında "bəlkə bu dəfə qiymətlər azalar" ümidi yaranır, amma nəticə dəyişmir - kirayə bazarında evlər azalır, qiymətlər isə artır.

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov Ajans.az-a bildirib ki, COP29 dövründən etibarən kirayə evlərin qiymətində artım müşahidə olunur:



‘’Bu da təlabatın yüksəlməsi ilə bağlı idi. Obyektlərin sayı da azalıb. Hazırda ev tapmaq həqiqətən çətindir. Ucuz kirayə ev tapmaq isə demək olar ki, müşkülə çevrilib. Köhnə fondlu bəzi evlərin sökülməsi gözlənilir.

Əgər bu proses geniş miqyasda baş verərsə, vəziyyət daha da çətinləşəcək. Çünki yeni yaşayış kompleksləri tikilənə qədər vətəndaşlar kirayə evlərə köçürülür, bu isə uzun müddət apara bilər. Bir sözlə, yaxın gələcəkdə kirayə evlərin qiymətində daha da bahalaşma gözlənilir’’.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: