Uşağını illərlə siyirmədə gizlətdi
Böyük Britaniyada anası öz uşağını 3 il şkafda gizlədib.
Ajans.az xəbər verir ki, körpəni təsadüfən qadının sevgilisi tapıb. Evdə tapılan uşağın saçları keçəlləşib və bədənində səpgilər tapılıb.
Ana 7,5 il müddətinə azadlıqdan məhrum edilərkən, uşaq dövlət himayəsinə götürülüb.
Ana körpəni öz qardaşlarından və evdə qalan sevgilisindən də gizlədib. Ananın sevgilisi uşağı təsadüfən tapıb.
O, tualetə getmək üçün evə qayıdanda səs eşidib, otaqlardan birinə baxıb və körpəni görüb. Səhiyyə rəsmiləri uşağın son dərəcə pis şəraitdə saxlandığını və doğuşdan bəri xarici aləmdən tamamilə təcrid olunduğunu açıqlayıb.
Sosial işçi məhkəməyə verdiyi ifadəsində, "Ana körpəni siyirmədə saxladığını çox normal bir şəkildə söylədi. Heç bir emosiya göstərmədiyi və vəziyyətə əhəmiyyət vermədiyi üçün şok oldum. Yəqin ki, mən anasından başqa gördüyü tək üz” sözlərini işlədib.
Ana məcburi psixoloji müalicə alacaq.