Üç erməni maşında cütlüyə hücum etdi, dəfələrlə atəş açdı - SƏBƏB
Vladivostokda 3 erməni onlara yol verməyən cütlüyə atəş açıb.
Ajans.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi və siyasətçi Maksim Çixunov öz “Telegram” kanalında məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, fövqəladə hadisə sükan arxasında olan xanım arxada gələn avtomobilin ona uzaqvuran işıqlarla xəbərdarlıq etməsinə məhəl qoymamasından sonra başlayıb. Arxadakı maşın daha sonra qızın avtomobilinin önünü kəsib və 3 nəfər çıxıb. Onlar qadına hücum ediblər, lakin sərnişin oturacağında onunla birlikdə olan həyat yoldaşı xanımını müdafiə edib. Daha sonra cinayətkarlar avtomobilə atəş açmağa başlayıblar.
“Vladivostok”un məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin Primorsk diyarı üzrə mətbuat xidməti hadisə faktını təsdiqləyib. Təhlükəsizlik qüvvələri atəş açan şəxsin kimliyi müəyyən edilib. Onun silah daşıyan 28 yaşlı kişi olduğu üzə çıxıb. O saxlanılıb. Hadisəni törədən 3 şəxs də ermənidir.