Türkiyə yenə SİLKƏLƏNDİ

Türkiyənin Adana vilayətinin Kozan bölgəsində zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, yeraltı təkan Rixter şkalası üzrə 5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 20.13 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.