Türkiyə Suriyaya dəstək verməyə HAZIRDIR

Türkiyə Suriyaya dəstək verməyə
Hakan Fidan
Dünya 09-12-2024 - 14:25

Türkiyədə ötən gün baş verən hadisələr bizə bir ümid işığı verdi.

Ajans.az  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “15-ci Səfirlik Konfransı”nın açılış mərasimində deyib.

"Beynəlxalq aktorların, xüsusən də BMT-nin Suriya xalqı ilə əlaqə saxlamasını və əhatəli hökumətin qurulmasına dəstək verməsini gözləyirik. Bildiyiniz kimi, biz bəri başdan deyirik ki, Suriyada daimi həll, sülh və sabitlik yalnız milli barışıq yolu ilə əldə edilə bilər. Lakin bütün səylərimizə və ona verilən imkanlara baxmayaraq, rejim öz xalqı ilə barışmağa çalışmadı", - o qeyd edib.

Hakan Fidan bildirib ki, Suriyada yeni dövr başlayıb:

"İndi diqqəti gələcəyə yönəltmək lazımdır. Gələcəkdə biz müxtəlif etnik və dini qrupların sülh içində və əhatəli idarəetmə anlayışı ilə yaşadığı Suriyanı arzulayırıq. Qonşuları ilə yaxşı münasibət quracaq, bölgəsinə sülh və sabitlik gətirəcək yeni Suriya görmək istəyirik. Bunun üçün lazımi dəstəyi verməyə hazırıq. Bu məqsədlə biz bütün tərəflərlə, xüsusilə regional aktorlarla lazımi dialoqu və koordinasiyanı davam etdiririk".

PAYLAŞ: