Türkiyə ordusu 11 terrorçunu məhv ETDİ

Dünya
09-02-2025 - 14:31
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.
Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
Mövzular:
Oxşar xəbərlər
“McDonald's” epidemiya qalmaqalından sonra reklama 100 milyon dollar xərclədi
Dünya07:49 / 16-11-24