Turistləri daşıyan gəmi batdı

Turistləri daşıyan gəmi batdı
Turistlər
Dünya 27-11-2024 - 15:17

Murmansk vilayətinin Teriberka kəndi yaxınlığında kapitanı və 9 turistin olduğu kiçik gəmi batıb.

Ajans.az "SHOT"a istinadən balinaları görmək istəyən səyahətçilər kiçik gəmilərin akvatoriyaya girişinə məhdudiyyət qoyulmasına baxmayaraq, “Qırıcı” gəmisi ilə Barents dənizinə gediblər. Gəmi batıb, lakin göyərtəsində olan hər kəs xilas olub.

Telekanalın məlumatına görə, Teriberkada balina seyri turunun təşkilatçıları fırtına xəbərdarlığının elan olunduğunu bilsələr də, yenə də bir qrup turist cəlb ediblər. Hadisə şahidləri balinaların təxminən iki aya yaxın ərazidə olmadığını və dekabr ayında bu heyvanları görmə ehtimalının daha çox olduğunu qeyd ediblər. 

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: