Təyyarələr təhlükə ilə üz- üzə: Hava məkanı bağlandı

İtaliyanın Siciliya adasında müşahidə olunan fəallıq hava nəqliyyatına mənfi təsir göstərir.
Ajans.az xəbər verir ki, geniş əraziyə yayılan kül və toz dumanına görə vulkanın cənub qərbindəki hava məkanı uçuşlara bağlanıb.
Vulkanda müşahidə olunan aktivliyə görə son bir neçə gündə Kataniya hava limanından 30-dan çox avialist başqa aeroportlara yönəldilib.
Bəzi aviaşirkətlər Kataniyaya olan uçuşların bir qismini ləğv edib.
Ətraflı AzTv-nin təqdimatında: