"Telegram" bloklanır - Bu ölkədə

"Telegram" bloklanır -
Telegram
Dünya 19-12-2024 - 16:21

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi 2026-cı il sentyabrın 1-dən “Telegram”ı bloklamağı planlaşdırır.

Ajans.az xəbər verir ki, bu, milyonlarla rusun gündəlik həyatını dəyişə biləcək bir reallıqdır. Sürətinə, rahatlığına və təhlükəsizliyinə görə sevilən məşhur messencer gündəlik həyatdan yox olmaq təhlükəsi ilə üz-üzədir.

“Telegram” ünsiyyət, biznes və məlumat üçün əvəzsiz alətə çevrilib. Bununla belə, hakimiyyət onu rabitəyə nəzarət üçün təhlükə kimi görür. Təkcə adi istifadəçilər deyil, həm də bazarların, bankların, çatdırılma xidmətlərinin və dövlət qurumlarının əməkdaşları da hücuma məruz qalacaqlar. “Telegram”dan başqa, digər xarici messencerlər də “yoxa çıxanlar” siyahısındadır:

“WhatsApp”, “Viber”, “Discord”, “Microsoft Teams”, “Snapchat” və “WeChat”.

Dəqiq səbəb açıqlanmayıb, lakin ekspertlər hesab edir ki, hakimiyyət rəvan keçid üçün vaxt vermək qərarına gəlib. Bununla belə, bu, çoxlarını narahat edən sualları inkar etmir: bizneslə nə etməli, adi istifadəçilərə necə uyğunlaşmalı və gələcək ünsiyyət nəyə əsaslanmalıdır?

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: