TƏBİB-ə 2788 müraciət daxil olub - RƏSMİ

TƏBİB-ə 2788 müraciət daxil olub -
Cəmiyyət 17-10-2024 - 07:44

2024-cü ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə  təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib.

Ajans.az-ın məlumatına görə, bu barədə TƏBİB-in sədri Vüqar Qurbanov "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin Təkmilləşdirilməsi və optimallaşdırılması"na dair brifinqdə məlumat verib.

Müraciətlərdən 2539-u şikayət xarakterli, 247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub.

Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, görülən işlər nəticəsində şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Belə ki, avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: