Tbilisidə ictimai nəqliyyata kiberhücum olub

Tbilisidə ictimai nəqliyyata
kiberhücum
Dünya 24-01-2025 - 16:45

Gürcüstanın paytaxtında ictimai nəqliyyatda fasilə yaranıb, buna görə gediş-gəliş müvəqqəti olaraq pulsuz olub.

Ajans.az gürcü  mətbuatına istinadən xəbər verir ki , şəhər hakimiyyəti kiberhücumun törədildiyini güman edir. 

Tbilisi meri Kaxa Kaladze də kiberhücumun baş verdiyini ehtimal edir.

"Araşdırma başlayıb. Çox güman ki, ödəniş sisteminə kiberhücum edilib. Necə və kim tərəfindən - bunu mütləq istintaq müəyyən edəcək", - o, qeyd edib. 

Bir müddət sonra şəhər xidmətləri problemlərin öhdəsindən gələ bilib və nəqliyyat fəaliyyəti adi qaydada bərpa edilib.

PAYLAŞ: