Tarixin ən "gecikmiş" evliliyi...
ABŞ-nin Ostin şəhərində 98 yaşlı kişi ilə 96 yaşlı qadın bir-birini sevərək toylarını bir ildən az müddətdə qocalar evində qeyd edib.
Ajans.az xəbər verir ki, “Washington Post” yaşlı cütlüyün romantik hekayəsini paylaşıb.
Bernard Snayder və Co Kartrayt bir neçə il əvvəl tanış olublar. Onların hər ikisi dul olub. Kişinin dediyinə görə, o, Kartraytı restoranda təsadüfən yollarının kəsişdiyi yerdə fərq edənə qədər yeni münasibət qurmağı planlaşdırmırdı.
Daha sonra Snayder cəsarət toplayıb və qadını 98 illik yubileyinə dəvət edib. Sonra əmisi oğlunun məsləhəti ilə ona bir buket qızılgül və şokoladlı dondurma hədiyyə edib. Bir neçə ay sonra Snayder evlənmək qərarına gəlib və Kartrayta evlilik təklif edib.