Suriya ölkəni vətəndaş müharibəsinə SÜRÜKLƏYİR - KİV

Suriya ölkəni vətəndaş müharibəsinə
Əhməd əl-Şaraa
Dünya 10-03-2025 - 14:17

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ölkəni vətəndaş müharibəsinə sürükləmək cəhdlərindən danışıb.

Ajans.az xəbər verir ki, onun sözlərini Reuters sitat gətirib.

“Bu gün, bu kritik anda biz yeni təhlükə ilə – əvvəlki rejimin qalıqları və onların xarici havadarlarının yeni düşmənçilik törətmək və ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdi ilə üz-üzəyik”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Suriyada “toqquşmaların hər bir təhrikçisini” müəyyən etmək və məsuliyyətə cəlb etmək məqsədi ilə komitə yaradılacaq. O əlavə edib ki, müvəqqəti hökumət dövlətin vətəndaş müharibəsinə cəlb olunmasına imkan verməyəcək.

Bundan əvvəl Rusiya və ABŞ Suriyadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə qapalı məsləhətləşmələrini tələb ediblər.

Martın əvvəlində ölkədə hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əş-Şam” (HTŞ) təşkilatına qarşı ölkədə xristianlar və ələvilərin üsyanı başlayıb.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: