Sumqayıtda kişi mübahisə etdiyi şəxsi bıçaqladı

Sumqayıtda bıçaqlanma hadisəsi olub.
Ajans.az xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.