Şok fakt üzə çıxdı: Koronavirus laboratoriyada yaradılıbmış...

Şok fakt üzə çıxdı: Koronavirus
Pandemiya
Dünya 03-12-2024 - 12:31
 254

Covid-19, alimlərin genetik modifikasiyalar vasitəsilə patogenləri gücləndirməyə çalışdığı Wuhan Virusologiya İnstitutunda (WIV) laboratoriya şəraitində yaradılıb.

Ajans.az xəbər verir ki, təhlükəli patogenin sızması işçilərin bioloji təhlükəsizliyə laqeyd münasibəti nəticəsində baş verib. Müvafiq qərarı ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Koronavirusla Mübarizə üzrə Alt Komitəsi çıxarıb.

Bir qrup millət vəkili iki illik işə əsaslanan 557 səhifəlik sənəd yayıb. Hesabatda bəzi WIV tədqiqatçılarının 2019-cu ildə simptomları Covid-19-a bənzəyən bir virusa yoluxduğu bildirilir. Cəmi bir neçə ay sonra dəniz məhsulları bazarında xəstəliyin alovlanması baş verib.

“Elmin bütün standartlarına görə, təbii mənşəli sübutlar olsaydı, o, artıq ortaya çıxacaqdı”, - deyə konqresmenlər bildirib.

Xatırladaq ki, ÜST 11 mart 2020-ci ildə COVID-19 pandemiyasının başladığını elan edib. Demək olar ki, üç il davam edib və dünyada 20 milyondan çox insanın ölümünə səbəb olub. Xəstəlik və ölüm hallarının azalmasına baxmayaraq, virusu tamamilə məhv etmək demək olar ki, mümkün deyil.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: