Sinvarın əsl ölüm səbəbi nədir? - YENİ DETALLAR/VİDEO
Ötən günlərlə İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Ajans.az xəbər verir ki, Sinvarın meyidi yarılıb.
Meyidin yarılma prosesini icra edən baş patoloq "CNN"ə açıqlama verib. O bildirib ki, ölüm səbəbi baş nahiyəsinə dəyən güllə yarasıdır:
"Başında güllə var idi. Həmçinin ağır kəllə-beyin travması keçirib. Onun başqa yaraları da var idi. Sağ qolunda raket, sol ayağına düşmüş divar zədəsi və qəlpə yaraları müəyyən etdim, amma əsas travmatik qəlbə döş qəfəsində idi. Diaqnozumdan tamamilə əminəm".