"Sabunçu keçidi"ndə boğulub ölən digər şəxsin də meyiti TAPILDI
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ajans.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Baş Prokurorluqdan isə bildirilib ki, sözügedən tuneldə daha bir cəsədin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.