Rusiyanın bu vilayətlərinə PUA hücumu edildi

Dünya
12-04-2025 - 10:45
Rusiya HHM vasitələri ölkənin beş regionu üzərində Ukraynaya məxsus 36 PUA vurub.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“11 aprel Moskva vaxtı ilə saat 20:00-dan 12 aprel saat 06:30-a qədər olan müddətdə növbətçi HHM vasitələri tərəfindən təyyarə tipli 36 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib”, – nazirlikdən bildirilib.
Qeyd olunub ki, 18 PUA Kursk vilayəti, 13 PUA Rostov vilayəti, 2 PUA Orlov və Belqorod vilayətləri, 1 PUA isə Krasnodar diyarı ərazisi üzərində zərərsizləşdirilib.