Rusiyada edam cəzası BƏRPA EDİLƏCƏK?

Rusiyada edam cəzası BƏRPA EDİLƏCƏK?
Dünya 09-10-2024 - 19:18

Rusiya Veteranlar hərəkatı pedofillər və terrorçuların çoxluğu səbəbilə ölkədə ölüm hökmünə qoyulan moratoriumun ləğvinə çağırır.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat verib. Ötən günlərdə Moskvada 11 yaşlı qız 27 yaşlı özbək miqrant tərəfindən cinsi zorakılığa məruz qalıb. Elə bu hadisə də geniş xaosa səbəb olub. Hərəkatın üzvləri düşünür ki, artıq bu cəza məsələsi deyil, milli təhlükəsizlik məsələsidir.

Sosial şəbəkə platformalarında da bu fikir əhali tərəfindən dəstəklənib. Pedofiliya probleminin artması insanlarda edam cəzasının bərpasına qarşı müsbət fikirlər yaradıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: