Rusiya XİN Ukrayna ilə birbaşa danışıqların ŞƏRTLƏRİNİ AÇIQLADI

Rusiya XİN Ukrayna ilə birbaşa danışıqların
Siyasət 11-04-2025 - 09:52

Rusiya Ukrayna ilə müasir reallıqları nəzərə alan ciddi təkliflərin müzakirəsinə açıqdır.

Ajans.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polisçuk bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa və “həqiqətən hərtərəfli, ədalətli və davamlı sülhə” nail olmağa aparan real təklifləri müzakirə etməyə hazırdır. Diplomat qeyd edib ki, Kiyev hələlik belə təkliflərə hazır deyil. O, Ukraynanın Rusiya ilə birbaşa danışıqlardan geri çəkildiyini xatırladıb; danışıqlara qadağa 2022-ci ilin sentyabrında qəbul edilib və hələ də qüvvədədir.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İstanbulda Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlarda Ukrayna ətrafında vəziyyət müzakirə olunmur.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın sülh bağladığını görmək istədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: